26 C
Baku
Saturday, April 20, 2024

Abramoviçin aktivlərinin müsadirəsinə başlanılıb

Kanada hökuməti Ukraynadakı vəziyyətə görə rəsmi Ottavanın iqtisadi sanksiyalarına məruz qalan rusiyalı iş adamı Roman Abramoviçin aktivlərinin müsadirəsi prosesinə başlayıb.

Bu barədə Kanada Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Xarici işlər naziri Melani Joli bu gün Kanadanın xüsusi iqtisadi tədbirlər barədə qanununun müddəalarına görə sanksiyalar altında olan rusiyalı oliqarx Roman Abramoviçə məxsus “Granite Capital Holdings Ltd”dən 26 milyon ABŞ dolları müsadirə ediləcəyini açıqlayıb”, – sənəddə deyilir.

Qeyd olunur ki, rəsmi Ottava ilk dəfə sanksiya tətbiq edilən vətəndaşların aktivlərinin müsadirəsinə imkan verən müddəadan istifadə etməyi qərara alıb. Bunun üçün Kanada XİN başçısı məhkəməyə müraciət etməli olacaq, məhkəmənin müsbət qərarı olduğu halda bu vəsait Ukraynanın bərpasına yönəldiləcək.

MənbəReport
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər