14 C
Baku
Sunday, November 23, 2025

ABŞ Ədliyyə Nazirliyi “Walmart”ı məhkəməyə verib

ABŞ Ədliyyə Nazirliyi ölkənin ən böyük mağazalar şəbəkəsinə sahib olan “Walmart” korporasiyasına qarşı Delaver ştatında məhkəmədə iddia qaldırıb.

Bu barədə “TASS” xəbər verir.

ABŞ hökuməti şirkəti güclü dərmanları aptekləri vasitəsilə düzgün paylamamaqda günahlandırıb. Qeyd olunub ki, nəticədə ölkədə opioidlərlə bağlı böhran yaranıb.

ABŞ Baş Prokurorluğunun vəzifəsini də icra edən nazirliyin iddiasına görə “Walmart” son illər ərzində narkotik ticarəti ilə əlaqəli qanunvericiliyi pozub.

ABŞ federal səlahiyyətliləri hesab edir ki, “Walmart” milyardlarla ABŞ dolları məbləğində cərimə ödəməlidir.

Qeyd edək ki, cari ilin oktyabr ayının sonlarında “Walmart” korporasiyasının özü Amerika hökumətini ölkədəki opioid böhranı ilə bağlı məhkəməyə verib. Şirkətin vəkilləri hesab edir ki, Amerika hüquq-mühafizə orqanlarının fəaliyyətindəki səhv hesablamalar səbəbi ilə mütəmadi olaraq müxtəlif dərmanlar qəbul edən və bu dərmanlardan asılı olanların sayı artıb.

Son xəbərlər
Digər xəbərlər