ABŞ Əfqanıstana əlavə humanitar yardım paketi təqdim edəcək, onun həcmi 308 milyon dolları keçəcək.
Banker.az xəbər verir ki, bunu çərşənbə axşamı, yanvarın 11-i ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn Amerika administrasiyası tərəfindən dərc edilmiş açıqlamada bildirib.
Qeyd edildiyi kimi, ABŞ-ın humanitar yardımı birbaşa “müstəqil humanitar təşkilatlar” vasitəsilə çatdıracaq. Əlavə vəsait ehtiyacı olanları tibbi xidmətlər, mənzil, su və qida ilə təmin etmək üçün istifadə olunacaq.
ABŞ-dan başqa Əfqanıstana Rusiya da humanitar yardım edir. Belə ki, dekabrın 18-i Rusiya Federasiyası Əfqanıstana ərzaq və dərman yardımının yeni partiyasını göndərib.
Əfqanıstanda vəziyyət 2001-ci ildən bəri ölkədə olan Amerika qoşunlarının çıxarılması ilə əlaqədar 2021-ci ilin avqustunda çətinləşib. Avqustun 15-də Taliban Kabili aldı və Əfqanıstanda müharibənin bitdiyini elan edərək bunu ölkənin azad edilməsi adlandırdı.