ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli bəzi missiyaların yerinə yetirməsinə baxmayaraq, ABŞ Ordusunun Əfqanıstandakı müharibəni uduzduğunu söyləyib.
Banker.az xəbər verir ki, o, bu müharibəni “strateji uğursuzluq” adlandırıb.
Cənab Millinin qeyd etdiyi kimi, Əfqanıstanda ABŞ “Əl-Qaidə” terror qruplaşmasının öhdəsindən gəlsə də, “Taliban”ın hakimiyyətlə gəlməsinin qarşısını ala bilməyib. Onun sözlərinə görə, ABŞ Əfqanıstanda bütün hərbi əməliyyatların uğursuzluğuna səbəb olan bir sıra pis strateji qərarlar verib.
Taliblər Kabili işğal etdikdən sonra Əfqanıstanın bütün ərazisi üzrə nəzarəti öz əllərinə alıblar. 30 avqustda ABŞ qoşunlarını ölkədən çıxarıb və Əfqanıstan öz müstəqilliyini elan edib. ABŞ prezidenti Co Bayden qoşunlarının ölkədən çıxarılmasını “inanılmaz dərəcədə uğurlu bir missiya” adlandırıb.