17 C
Baku
Tuesday, May 21, 2024

ABŞ-ın ən xoşbəxt ştatı hansıdır?

Şimali Dakota 2013-cü il üçün ABŞ-ın ən xoşbəxt ştatı seçilmişdir. Bu nəticəyə isə birgə araşdırma əsasında Gallup və Healthways konsaltinq şirkətləri gəlmişlər. Onların araşdırmalarının nəticələri isə 20 fevralda nəşr edilmişdir.

Əhalinin yüksək səviyyədə yaşamaq səviyyəsinə görə təşkil edilmiş reytinqin ilk üçlüyünü isə Cənubi Dakota və Nebraska ştatları tamamlayır. Dörd il ardıcıl olaraq reytinqə başçılıq edən Havay ştatı 8-ci pilləyə enmişdir.

Əhalinin yaşayış səviyyəsinin ən aşağı olduğu ştatlar isə Qərbi Virciniya, Kentukki və Missisipi ştatlarıdır.

Reytinq təşkil edilərkən 6 əsas göstərici nəzərə alınmışdır: ümumi həyat keyfiyyətinin respondentlər ilə müqayisəsi, emosional sabitlik, iş mühiti, fiziki sağlamlıq, sağlam həyat tərzinin populyarlığı və ilkin vacib məhsulların əlçatanlığı.

Gallup əməkdaşları araşdırma çərçivəsində 50 ştatdan 178 min yaşlı amerikalıya sual ilə müraciət etmişlər. Sorğu 2013-cü ilin yanvar-dekabr ayları ərzində keçirilmişdir. Bu iki şirkət sözügedən bu sorğuları 2008-ci ildən etibarən keçirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər