ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, cari ilin fevralında yanvar ayı ilə müqayisədə ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.
Gələn ay ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 76 min barel və ya 0.8% artaraq 9.375 mln. barelə çatacaq.
Məlumata görə, hasilat üzrə artım əsasən “Permian”, “Eagle Ford”, “Bakken”, “Anadarko”, “Appalachia” və “Niobrara” yataqlarının payına düşəcək.