ABŞ 100-dən çox ölkədən itlərin gətirilməsini qadağan edib

ABŞ quduzluğun yayılma təhlükəsi səbəbindən dünyanın 113 ölkəsindən itlərin gətirilməsini müvəqqəti olaraq qadağan edib. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) veb-saytında deyilir. Qadağa son altı ayda ölkəyə daxil olmuş itlərə də aid olunur. Qeyd edək ki, qadağanın nə qədər müddətə tətbiq olunduğu məlum deyil.

Siyahıya həmçinin Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna, o cümlədən onlarla Asiya, Afrika və Latın Amerikası ölkəsi daxil edilib. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzisinin verdiyi məlumata görə, ABŞ-a gətirilən bütün itlərin təxminən 6%-i bu ölkələrin payına düşür.

Fövqəl hallarda it sahiblərinə heyvanı xaricdən gətirməyə icazə verilə bilər. Bunun üçün ABŞ-da səfər etmək istədiyiniz vaxtdan altı ay öncə müraciət formasını doldurmalısınız. Bunu etmədiyiniz təqdirdə, siyahıya daxil olan ölkələrdən gətirilən itlər öz hesabınıza geri göndəriləcək.

Vurğulanır ki, ABŞ-da quduzluq virusu 2007-ci ildə yox edilib, lakin bir yoluxmuş heyvanın gətirilməsi insanlar, o cümlədən ev və vəhşi heyvanlar üçün böyük təhlükə yaradır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.