ABŞ Prezidenti Co Bayden “Ukrayna üçün birləş” adlı yeni proqramı elan edib.
Bayden bildirib ki, bu humanitar proqram çərçivəsində ABŞ 100 minə qədər ukraynalı qaçqını qəbul edəcək.
O deyib ki, bu proqrama ukraynalı qaçqınların Avropadan ABŞ-a hüquq yollarla gəlməyini təmin edəcək. Bayden əlavə edib ki, artıq ukraynalıların ABŞ-a keçmək üçün ölkənin cənub sərhədinə gəlməsinə ehtiyac yoxdur.
Bu proqram gələn həftədən qüvvəyə minəcək. Ukraynalıların amerikalı sponsorları (ailə və ya qeyri-hökumət təşkilatı) varsa, proqram onların müvəqqəti olaraq ABŞ-a gəlməsinə imkan verəcək.