23 C
Baku
Friday, September 20, 2024

ABŞ: 100 texnoloji şirkət məhkəməyə müraciət etdi

Banker.az The Washington Post-a istinadən xəbər verir ki, Apple, Google və Uber də daxil olmaqla amerikalı texnoloji şirkətlər ABŞ prezidenti Donald Trumpın 7 ölkə vətəndaşlarının Amerikaya gəlməsini qadağan edən fərmanla bağlı Apellyasiya məhkəməsinə müraciət etməyə hazırlaşır və bununla bağlı bəyanat hazırlanıb.

 

Bildirilir ki, ölkə prezidenti tərəfindən imzalanan yeni miqrasiya fərmanı Amerika şirkətlərini yeni əməkdaşların cəlb edilməsi prosesini çətinləşdirəcək və daha baha edəcək. Həmçinin bəyanatda qeyd edilir ki, miqrantlar və onların övladları 200-dən çox nəhəng şirkətlərin əsasını qoymuşlar.

Bəyanatın hazırlanmasında 97 şirkətin ekspertləri iştirak edib. Bu ekspertlərin sırasında Facebook, Twitter, Netflix, eBay, Mozilla və Microsoft şirkətlərinin analitikləri də var.

Hazırda 9-cu əyalətin Apellyasiya məhkəməsi ABŞ prezidentinin administrasiyasının Sietl hakiminin miqrasiya fərmanını icra etməyi dayandırması ilə bağlı şikayətinə baxır. Ağ ev əmindir ki, məhkəmə miqrasiya ilə bağlı qadağaları icra etməyə yenidən başlayacaq, lakin Vaşinqton və Minnesota ştatlarının nümayəndələri xəbərdarlıq edirlər ki, bu xaosun yaranmasına səbəb olacaq.

Qeyd edək ki, Donald Trump miqrasiya siyasətinin çətinləşdirilməsi ilə bağlı fərmanı 28 yanvar tarixində imzalayıb.

 

Son xəbərlər
Digər xəbərlər