ABŞ prezidenti Donald Tramp 150-yə yaxın kiçik ölkədən idxal edilən mallara 10-15% idxal rüsumu tətbiq edib.
“Biz qalan 150-yə yaxın ölkə üçün bir rəqəm elan edəcəyik. Və yəqin ki, bu, 10% və ya 15% olacaq. Hələ qərar verməmişik”, – deyə Tramp söyləyib.
Ötən həftə Donald Tramp avqustun 1-dən etibarən Avropa İttifaqı və Meksikadan gələn mallara 30% gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. Yeni tariflər əvvəllər tətbiq edilən sektor tariflərindən asılı olmayaraq tətbiq olunacaq. Əgər bu ölkələr cavab tariflər tətbiq etmək istəsələr, tariflər artırıla və ya ABŞ ilə razılığa gələ bilsələr, azaldıla bilər. Daha əvvəl cənab Tramp ABŞ-nin tariflərdən 100 milyard dollar qazandığını söyləyib.