Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Jozep Borrel Əfqanıstanda 20 ildir davam edən müharibənin ABŞ-da gündə bir neçə yüz milyon dollara başa gəldiyini söyləyib.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“ABŞ hər gün Əfqanıstanda 300 milyon dollardan çox pul xərcləyib”, – deyə Jozep qeyd edib.
Beləliklə, ştatların ölkədə kontingenti saxlamaq üçün ümumi maliyyə daxilolmaları iki trilyon dollardan çox olub. Bununla yanaşı, Borrelin sözlərinə görə, nəticə planlaşdırıldığı kimi olmayıb. Hökumət dəyişikliyi həm xalq, həm də digər dövlətlər üçün əsl fəlakətə çevrilib.