Ukraynada davam edən müharibə səbəbindən ABŞ 2024-cü ildə silah satışından əldə etdiyi gəliri 29% artıraraq 318.7 milyard dollara çatdıra bilib. Bu barədə Fransanın “Ouest-France” qəzeti ABŞ Dövlət Departamentinin məlumatlarına istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, yekun nəticələr “Lockheed Martin”, “General Dynamics” və “Northrop Grumman” kimi Amerika silah istehsalçılarının satış artımı proqnozlarına uyğundur. Amerikalı silah istehsalçıları “Patriot” sistemləri, artilleriya mərmiləri və zirehli maşınlar üçün sifarişlər sayəsində gələcək rüblərdə mənfəətlərinin sabit qalacağını gözləyirlər.
Donald Tramp ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra bəyan edib ki, hazırda Ukraynaya əlavə silah tədarükü məsələsi nəzərdən keçirilir. Cənab Tramp qeyd edib ki, son bir ildə Amerikanın Ukrayna Silahlı Qüvvələrinə verdiyi yardım Avropadan gələn silah tədarükünü 200 milyon dollar üstələyib.