10 C
Baku
Thursday, December 12, 2024

ABŞ 2026-2027-ci illərdə Tayvanı 4 MQ-9B pilotsuz təyyarəsi ilə təmin edəcək

ABŞ 2026-2027-ci illər arasında Tayvana dörd MQ-9B SkyGuardian dəniz müşahidə pilotsuz təyyarəsini köçürməyi planlaşdırır.

Bu barədə adanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü agentliyə bildirib ki, ilk iki pilotsuz təyyarə 2026-cı ildə, qalanları isə 2027-ci ildə təhvil veriləcək. Ümumi dəyəri 467 milyon dollar olan sövdələşmə iki yerüstü idarəetmə stansiyasının, ehtiyat hissələrinin və digər avadanlıqların tədarükündən ibarətdir.

Dron istehsalçısı General Atomics Aeronautical Systems (GA-ASI) ötən ilin mayında və bu ilin martında Pentaqon ilə müvafiq müqavilələr bağlayıb.

Son xəbərlər
Digər xəbərlər