17 C
Baku
Thursday, October 16, 2025

ABŞ 2026-cı ildə üzərində Stiv Cobsun təsviri olan xatirə pul nişanı buraxacaq

ABŞ zərbxanası 2026-cı il üçün “American Innovation” (“Amerika ixtiraları”) seriyasına aid dollar sikkələrinin dizaynlarını təqdim edib. Onlardan biri “Apple” şirkətinin həmtəsisçisi Stiv Cobsa həsr olunub.

“American Innovation” seriyası 2018-ci ildən etibarən hər bir ştatın, Kolumbiya dairəsinin və beş ABŞ ərazisinin mühüm nailiyyətlərini qeyd etmək məqsədilə buraxılır. Hər dizaynın yaradılması üçün zərbxana yerli hakimiyyət orqanları və mütəxəssislərlə əməkdaşlıq edir, yekun qərarı isə maliyyə naziri verir.

2026-cı il üçün dörd dizayn təklif olunub: biri Ayova ştatını dayanıqlı kənd təsərrüfatı bitkilərinin yaradılmasına töhfə vermiş doktor Norman Borlouqu simvolizə edir, digəri Viskonsin üçün “C” hərfi formasında stilizə olunub və onun texnoloji əhəmiyyətini vurğulayır.

Üçüncü dizaynda Şimali Kaliforniyaya xas mənzərə fonunda Stiv Cobs təsvir olunub. Bu, onun sadə və əlçatan texnologiyalar yaratmaq arzusunu əks etdirir. Minnesota isə 1940-cı illərin yük maşınını təqdim edib — bu, ilk mobil soyuducu qurğulardan biri olub və temperaturdan asılı yüklərin daşınmasına imkan yaradıb.

Sikkələrinin ön tərəfində Azadlıq heykəlinin profili və “250” rəqəmi ilə birlikdə stilizə olunmuş dişli çarx təsvir edilib — bu, ABŞ-nin 250 illiyini simvolizə edir.

Sikkələr 2026-cı ildən etibarən zərbxananın saytında satışa çıxarılacaq: ayrı-ayrılıqda — 13,25 dollara, dördlük dəst şəklində — 27,50 dollara.

Qeyd edək ki, daha əvvəl ABŞ Maliyyə Nazirliyi 1 sentlik sikkələrin istehsalını dayandırmaq qərarına gəlib. Bu qəpiklərin istehsalı çox baha başa gəldiyi üçün son sifariş 2025-ci ilin may ayında verilib.

Son xəbərlər
Digər xəbərlər