ABŞ Prezidenti Cozef Bayden Qırmızı dənizdəki Tiran adasından sülhməramlıların geri çəkildiyini açıqlayıb.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
ABŞ-ın hərbi birləşmələri 1981-ci ildən adadadır.
Birləşmiş Ştatlar Prezidentinin sözlərinə görə, ada indi turizm və iqtisadi inkişaf üçün açıq olacaq. ABŞ və Səudiyyə Ərəbistanı bütün tərəflərdə, o cümlədən İsraildə təhlükəsizlik tədbirlərini və naviqasiya azadlığını qoruyub saxlamağa razılaşıb. Misir 2017-ci ildə Tiran boğazındakı iki adanı Səudiyyə Ərəbistanına təhvil verməyə razılaşsa da, İsrailin razılığı yalnız indi alınıb.