6 C
Baku
Saturday, December 14, 2024

ABŞ 40 ildən sonra sülhməramlılarını Qırmızı dənizdəki Tiran adasından çıxarır

ABŞ Prezidenti Cozef Bayden Qırmızı dənizdəki Tiran adasından sülhməramlıların geri çəkildiyini açıqlayıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

ABŞ-ın hərbi birləşmələri 1981-ci ildən adadadır.

Birləşmiş Ştatlar Prezidentinin sözlərinə görə, ada indi turizm və iqtisadi inkişaf üçün açıq olacaq. ABŞ və Səudiyyə Ərəbistanı bütün tərəflərdə, o cümlədən İsraildə təhlükəsizlik tədbirlərini və naviqasiya azadlığını qoruyub saxlamağa razılaşıb. Misir 2017-ci ildə Tiran boğazındakı iki adanı Səudiyyə Ərəbistanına təhvil verməyə razılaşsa da, İsrailin razılığı yalnız indi alınıb.

Son xəbərlər
Digər xəbərlər