ABŞ NATO-nun şərq sərhədlərini gücləndirmək qərarına gəlib. Bu bölgələrə hava-desant diviziyası göndəriləcək.
Bu barədə ABŞ-ın NATO-dakı missiyası Twitter-də məlumat yayıb.
Paraşütçülərin göndərilməsi ABŞ-ın müdafiə naziri Lloyd Ostinin müvafiq vədindən sonra baş verir. 101-ci hava-desant diviziyasının 2 400 əsgəri Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyaya göndəriləcək.
Qeyd edək ki, gələn ilə qədər NATO-nun 40 minlik Avropanın çevik reaksiya qüvvələrinin hazırkı gücü 300 mindən çox əsgərə çatdırılmalıdır.