16 C
Baku
Friday, May 2, 2025

ABŞ 800 dollara qədər Çin malları üçün rüsumsuz idxal qaydasını ləğv edib

ABŞ prezidenti Donald Trampın administrasiyası 800 dollara qədər Çin istehsalı olan malların rüsumsuz idxal qaydasını ləğv edib. Bu barədə “The New York Times” məlumat yayıb.

Əvvəllər ABŞ-də fiziki şəxslərə və kiçik müəssisələrə gömrük dəyəri 800 dollara qədər olan malları birbaşa sifariş verməsi şərti ilə rüsum ödəmədən idxal etməyə icazə verən “de minimis” qaydası var idi. Bununla belə, şirkətlər tətbiq olunan tariflərdən yayınaraq, bu boşluqdan fəal şəkildə istifadə edirdilər.

Dəyişikliklər materik Çin və Honkonqdan gələn mallara, həmçinin üçüncü ölkələr vasitəsilə tədarük edilən məhsullara təsir edəcək. Çindən başqa ölkələrdən gələn mallar üçün “de minimis” qaydası qüvvədə qalır.

Tramp 200-ə yaxın ölkədən gələn mallara rüsum tətbiq etdiyini açıqlayıb. Çinə qarşı 34% əlavə rüsum tətbiq edilib, sonradan bu tarif 145%-ə qaldırılıb. Sonrakı günlərdə Amerika lideri bütün ölkələr üçün baza tarifi 10%-ə endirsə də, Çin üçün heç bir güzəşt olunmayıb.

Son xəbərlər
Digər xəbərlər