9 C
Baku
Monday, November 18, 2024

ABŞ-a giriş qaydaları dəyişdirilib

ABŞ prezidenti Co Bayden yeni növ koronavirusun ortaya çıxması ilə əlaqədar turistlər üçün giriş qaydalarını sərtləşdirdiyini açıqlayıb.

O, elan edib ki, ölkəyə daxil olan hər bir səyyah 24 saat ərzində COVID-19 üçün PCR testindən keçməlidir.

Bildirilir ki, yenilik təkcə xarici turistlərə deyil, həm də peyvənd statusundan asılı olmayaraq diplomatlara, vətəndaşlara və ABŞ sakinlərinə şamil edilir.

Qeyd edək ki, yeni növ koronavirusun yayılması səbəbindən noyabrın 29-dan etibarən ABŞ-a Afrikanın səkkiz ölkəsindən səyahət edənlərə səyahəti qadağan edib. Məhdudiyyətlər Cənubi Afrika, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malaviyə təsir edib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər