11 C
Baku
Monday, December 23, 2024

ABŞ-a xalis kapital axını $182.5 mlrd. olub

May ayında ABŞ-a xalis kapital axını $182.5 mlrd. təşkil edib. Çinin əlində olan ABŞ istiqrazlarının məbləği isə azalmağa davam edərək $1 trilyon-dan aşağı düşüb.

Banker.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin beynəlxalq kapital məlumatlarına əsasən, əvvəlki ayın göstəriciləri $1.3 mlrd. daxilolmadan $2.7 mlrd.-a korreksiya edilib.

Həmin ay xarici investorlar $155.3 mlrd. dəyərində uzunmüddətli qiymətli kağızlar alıblar (svoplar istisna olmaqla). Əvvəlki ay üçün xalis alış göstəriciləri $87.7 mlrd.-dan $87.2 mlrd.-a düşüb.

Svoplar da daxil olmaqla, xarici investorlar tərəfindən uzunmüddətli qiymətli kağızların alışı $137.4 mlrd. təşkil edib. Svop daxil olmaqla xalis kapital axını əvvəlki ayda $68.2 mlrd.-dan 67.3 mlrd.-a düzəliş edilib.

Xarici investorlar xalis $99.9 mlrd.-lıq ABŞ xəzinə istiqrazı alıblar və $38 mlrd.-lıq dövlət tərəfindən dəstəklənən korporativ istiqrazlar satıblar. Özəl sektor istiqrazlarında xalis $220.5 mlrd.-lıq alış olub.

Ən böyük portfelə sahib olan Yaponiyanın əlindəki ABŞ xəzinə istiqrazlarının məbləği $1 trilyon 218.5 mlrd.-dan $1 trilyon 212.8 mlrd.-a enib. Çinin əlində olan istiqrazların məbləği isə enişini davam etdirərək $1 trilyon 3.4 mlrd.-dan $980.8 mlrd.-a enib.

Son xəbərlər
Digər xəbərlər