Banker.az xəbər verir ki, ABŞ-ın Qiymətli kağızlar üzrə komissiyası kriptosənayedə ajiotajdan gəlir əldə etmək niyyətində olan şirkətlərə xəbərdarlıq edib.
Kriptovalyutaların qısa zaman ərzində populyarlıq qazanması ardıyca nəticələri də gətirdi. Belə ki, nəhəng şirkətlər səhmlərinin dəyərinin artması üçün adlarında “blockchain”, “bitcoin” və mövzu ilə bağlı digər sözlərdən istifadə etməyə başlayıb. Sözügedən komissiya şirkətlərin bunu investorları cəlb etmək məqsədilə edib, etmədiklərinə əmin olmaq üçün şirkət adlarının dəyişdirilməsinə nəzarət etməyi planlaşdırır.
Qeyd edək ki, son həftə ərzində nəhəng şirkətlərin əksəriyyəti bu yeni texnologiya axınına qoşulmaq üçün ya öz adlarını, ya da biznes strategiyalarını dəyişmişlər ki, bu da son nəticədə səhmlərinin artmasına səbəb olub. Məsələn, Long Island Iced Tea Corp. adını Long Blockchain olaraq dəyişdirdikdən sonra səhmləri üç dəfə artıb. Eastman Kodak Co. şirkəti isə Kodakcoin rəqəmsal valyutasının yaradılmasını elan etdikdən sonra səhmləri 200% artıb.