2 C
Baku
Saturday, December 14, 2024

ABŞ administrasiyası “TikTok”un “Oracle” və “Walmart” ilə sövdələşməsini təxirə salıb

ABŞ prezidenti Co Bayden Çin şirkətlərinin təhdidlərini aradan qaldırmaq üçün keçmiş prezident Donald Trampın qəbul etdiyi təhlükəsizlik qərarlarını yenidən nəzərdən keçirir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bu səbəbdən “TikTok”un satılması ilə bağlı məsələnin təxirə salınması gözlənilir.

“The Wall Street Journal”un məlumatına görə, mübahisənin həlli üçün danışıqlar hələ davam edir və birbaşa satış olmadan “TikTok” üzərində nəzarətin üçüncü tərədə verilməsi variantı nəzərdən keçirilə bilər.

Razılaşma həm “Oracle”, “Walmart” və “TikTok” arasında, həm də digər şirkətlər arasında baş tuta bilər. Bu halda Çin tənzimləyicilərinin təsdiqinə ehtiyac olacaq.

Son xəbərlər
Digər xəbərlər