7 C
Baku
Thursday, December 12, 2024

ABŞ Ali Məhkəməsinin yeni üzvü vəzifəsinə başlayıb

ABŞ Ali Məhkəməsinin namizədliyi Prezident Donald Tramp tərəfindən irəli sürülmüş yeni hakimi Ami Coni Barret (Amy Coney Barrett) Ağ Evdə keçirilən mərasimdə and içərək vəzifəsinə başlayıb.

Xarici KİV-ə istinadən bildirilir ki, Mərasimdə nitq söyləyən Prezident Tramp yeni hakimin “qüsursuz” məziyyətlərini mədh edərək bu təyinatın azadlıq, bərabərlik, haqq-ədalət prinsiplərini daha da gücləndirəcəyini vurğulayıb.

Daha əvvəl Senat tərəfindən də48 səsə qarşı 52səslə təsdiqlənmiş A.Barret millət vəkillərinə göstərdikləri etimada görə təşəkkür edərək yeni vəzifədə hökumətin hər iki qanadına qarşı bərabər mövqe tutmaqla öz əqidəsinə görə qərar verəcəyini bildirib.

Qeyd edək ki, 3 noyabr seçkiləri ərəfəsində həyata keçirilən bu təyinatla Ali Məhkəmədə respublikaçıyönlü üzvlər demokratyönlülərə qarşı 6 – 3 üstünlük əldə ediblər. Müvafiq olaraq da respublikaçılar A.Barretin təyinatını yüksək qiymətləndirdikləri halda demokratlar tənqidi fikirlər ifadə ediblər, Senatdakı demokrat qrupunun rəhbəri Çak Şumer(Chuck Schumer) isə bunu hətta “231 illik tariximizin ən qaranlıq günü” olaraq dəyərləndirib. Bütövlükdə bu təyinatın ölkə həyatının müxtəlif sahələrində mühafizəkar meyllərinin artmasına təkan verəcəyi güman edilir.

Ali Məhkəmənin səsverməyə dair qətnamə çıxarmaq səlahiyyəti də var. Məsələn, 2000-ci il seçkiləri zamanı Floridada səsləri yenidən hesablamağa dair qərarı seçkinin nəticələri üçün həlledici olmuşdu.

Son xəbərlər
Digər xəbərlər