7 C
Baku
Thursday, December 12, 2024

ABŞ, Almaniya, Fransa və Britaniya diplomatları Ukraynanı müzakirə edib

ABŞ Dövlət katibi Entoni Blinken, Fransa xarici işlər naziri Katerine Kolonna, Almaniya xarici işlər naziri Annalena Berbok və Britaniya XİN-in siyasi məsələlər üzrə direktoru Tim Barrou Balidə keçirilən G20 Nazirlər Şurası çərçivəsində görüşüb.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, diplomatlar Rusiyanın müharibəsinə qarşı öz müdafiəsini davam etdirən Ukraynaya əlavə təhlükəsizlik və humanitar dəstəklə bağlı birgə səyləri müzakirə ediblər.

“Onlar həmçinin Rusiyanın Ukraynanın kənd təsərrüfatını qəsdən hədəfə alması nəticəsində yaranan qlobal ərzaq təhlükəsizliyi problemlərinin həlli yollarını nəzərdən keçiriblər”, – Dövlət Departamentin sözçüsü qeyd edib.

Görüşdə həmçinin İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərfli Fəaliyyət Planı da müzakirə olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər