ABŞ Maliyə Nazirliyi Almaniyanın “SEFE Securing Energy for Europe GmbH” şirkəti ilə əməliyyatlara müvəqqəti icazə vermək qərarına gəlib.
Nazirliyin dərc etdiyi məlumatda deyilir ki, 16 dekabr 2022-ci il tarixinədək “SEFE Securing Energy for Europe GmbH ilə bağlı bütün əməliyyatlara icazə verilir.
Əvvəlcə “GAZPROM Germania GmbH” adlanan şirkət 31 mart 2022-ci ildə “Qazprom”un iştirakını dayandırdıqdan sonra Almaniya Federal Şəbəkə Agentliyinin müvəqqəti nəzarətinə keçib.
Eyni zamanda, Maliyyə Nazirliyi qeyd edir ki, bu qaydaya istisnalar var: ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını pozan əməliyyatlar, xüsusən də sanksiya siyahılarında olan şəxslərin iştirak etdiyi əməliyyatlar qadağandır.