2 C
Baku
Thursday, February 29, 2024

ABŞ Almaniyaya “F-35” qırıcıları və döyüş sursatlarının satışına razılıq verib

ABŞ Dövlət Departamenti Almaniya hökumətinə “F-35” döyüş təyyarələri, sursat və müvafiq avadanlıqların mümkün satışına razılıq vermək qərarına gəlib.

Bu barədə Pentaqonun Müdafiə Əməkdaşlıq və Təhlükəsizlik İdarəsi bildirib.

Məlumata əsasən, bu müqavilələrin ümumi məbləği 8,4 milyard dollar təşkil edəcək.

Almaniya, bu məlumatlara görə, 35 ədəd “F-35” təyyarəsi, eləcə də onlar üçün 37 mühərrik alınmasını istəyib. Sorğuya, həmçinin qırıcılar üçün komponentlər və proqram təminatı daxildir.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər