27 C
Baku
Friday, June 2, 2023

ABŞ aviaşirkətlərinə Əfqanıstan üzərindən uçmaq qadağan edilib

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

ABŞ Federal Aviasiya İdarəsi ölkənin şərq sərhədi boyunda bir marşrut istisna olmaqla, mülki hava yolu daşıyıcıların Əfqanıstan üzərindən uçmasını qadağan edib.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin bazar ertəsi günü yayımladığı bildirişdə deyilir.

“Mülki hava yolu daşıyıcıları şərq sərhədi boyunca reaktiv marşrutdan istifadə etməklə uçuşlarını davam etdirə bilər. Əfqanıstana gedən və ya onun ərazisi üzərindən keçən hər hansı bir marşrut üçün əvvəlcə idarədən icazə almaq tələb olunur”, – mətndə göstərilir.

Xatırladaq ki, daha əvvəl tənzimləyici Kabil hava limanının heç kimin nəzarəti altında olmadığını və oradakı hava yolu trafikinin idarə edilmədiyini açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər
X