29 C
Baku
Saturday, July 19, 2025

ABŞ avqustun 1-dən idxala 10-70% rüsum tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp cümə günü administrasiyasının ticarət tərəfdaşlarına avqustun 1-dən etibarən ABŞ-yə göndərilən mallara görə ödəməli olacaqları rüsumların məbləği barədə bildirişlər göndərməyə başlayacağını açıqlayıb.

“Düşünürəm ki, ayın doqquzuna kimi hər şeyi tamamlayacağıq. Tariflər 60-70%-dən 10-20%-ə qədər olacaq”, – ölkə başçısı söyləyib.

Qeyd olunur ki, prezident əvvəllər tariflərin yuxarı həddini daha aşağı — 50%-dən çox olmamaq şərti ilə müəyyən etmişdi.

Donald Tramp aprelin əvvəlində daha yüksək idxal tarifləri elan edib, lakin sonra ticarət müqaviləsi danışıqlarına imkan vermək üçün onları 90 gün təxirə salıb. Təxirə müddəti iyulun 9-da başa çatır.

Son xəbərlər
Digər xəbərlər