ABŞ Avropanın təhlükəsizliyi məsələlərində Rusiya ilə qarşılıqlı əlaqələri davam etdirməkdə israrlıdır.
Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirilən növbəti brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra hər iki lider öz komandalarına qarşılıqlı əlaqələri davam etdirməyi tapşırıblar.
“ABŞ və Rusiya gələcək təmaslar barədə razılığa gəliblər”, – Psaki əlavə edib.