ABŞ-dakı maye təbii qaz (LNG) istehsalçıları bu yanacağın qiymətinin əvvəlki səviyyəyə düşdüyü üçün Avropaya ixrac etməyə hazırlaşır.
Bu gün Avropanın ən böyük qaz hubu olan Niderlanddakı TTF-də qazın 100 kibmetri 186,3 ABŞ dollarından, noyabr müqavilələri isə 187 dollardan da baha satılıb ki, bu da ötən ilin dekabr ayından sonra ən yüksək həddir.
Bu ilin yay dövründə Avropaya qaz tədarükü xeyli azalaraq hazırda ötən ilin həcmindən xeyli azdır.
Eyni zamanda, hazırkı bahalaşma ABŞ qazının mayeləşdirilərək Avropaya daşıma xərclərini ödəməyə başlayıb. Hazırda ABŞ-ın “Henry Hub”unda dekabr müqavilələrinin qiyməti 3,22 ABŞ dolları/MMBtu, yəni 126 dollar/1000 kubmetr, yanvar müqavilələri 3,359 dollar/MMBtu və ya 131,8 dollar/1000 kubmetr, fevral müqavilələri isə 3,315 dollar/MMBtu və ya 130 dollar/1000 kubmetr artıb.
Ekspertlərin fikrincə, qiymət azalmasa, ABŞ-dakı LNG müəssisələrinin istehsalat həcmi noyabr ayınadək böhrandan əvvəlki səviyyəyə qayıtmalıdır.