3 C
Baku
Saturday, December 14, 2024

ABŞ Avropaya qaz ixracına məhdudiyyət qoymayacaq

ABŞ səlahiyyətliləri, ölkədə inflyasiya ilə mübarizə üçün bir çarə kimi baxılan, Avropa ölkələrinə mayeləşdirilmiş təbii qazın (LNG) ixracına qadağa və ya məhdudiyyətlərin tətbiqini istisna edir.

Bu barədə “Reuters“ məlumat yayıb.

“Ağ Ev Avropanın enerji qıtlığını aradan qaldırmaq üçün bu qış təbii qaz ixracına qadağa və ya məhdudiyyətlər tətbiq etməyi istisna edib”, – məlumatda qeyd olunur.

Qeyd olunur ki, ABŞ şirkətləri son aylarda Avropaya rekord həcmdə ixrac etdikdən sonra ölkənin əsas istilik yanacağı olan təbii qazın ehtiyatları tarixən aşağı səviyyəyə enib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər