7 C
Baku
Thursday, December 12, 2024

ABŞ Avropaya sanksiya məmurlarını göndərəcək

ABŞ Maliyyə Nazirliyinin sanksiyalar üzrə yüksək vəzifəli məmurları aprel ayında xüsusi beynəlxalq səfərlər planlaşdırırlar.

Səfərlərdə məqsəd Rusiya ilə hələ də biznes əlaqələrini davam etdirən şirkətlərə və ölkələrə təzyiq etmək və terrorçu ölkə ilə maliyyə əlaqələrini kəsmələrinə nail olmaqdır.

Xəzinədarlıq İdarəsinin məmurları, həmçinin sanksiyalar və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə ekspertlər olan Liz Rozenberq və Brayan Nelson İsveçrə, İtaliya və Almaniyanın maliyyə institutlarının rəhbərləri ilə görüşəcəklər.

Onlar sanksiyalardan yayınan potensial şəxslərlə bağlı kəşfiyyat məlumatlarını paylaşmağı və beynəlxalq sanksiyalara əməl edilməməsinə görə mümkün cəzalar barədə xəbərdarlıq etməyi planlaşdırırlar.

Rozenberq, o cümlədən Qazaxıstana da səfər edəcək və ölkənin özəl biznes şirkətlərini Kremlə maddi və ya kəşfiyyat dəstəyi verməməyə çağıracaq.

“ABŞ Maliyyə Nazirliyinin rəsmilərinin mesajı ondan ibarətdir ki, Rusiya hökuməti ilə işləyənlər seçim etməlidirlər. Onlar Moskvaya maddi dəstək vermək və ya dünya iqtisadiyyatının 50%-ni təşkil edən ölkələrlə iş aparmağa davam etmək barədə qərar verməlidirlər”, – deyə qeyd edilib.

Son xəbərlər
Digər xəbərlər