19 C
Baku
Sunday, May 19, 2024

ABŞ Avstraliyada nüvə silahları daşıya bilən təyyarələr yerləşdirəcək

Rəsmi Vaşinqton Avstraliyanın Darvin şəhərinin cənubunda yerləşən Tindal aviabazasında B-52 bombardmançı təyyarələri yerləşdirəcək.

Bu barədə ABŞ hərbi-hava qüvvələri (HHQ) məlumat yayıb.

Məlumatda deyilir ki, bu təyyarələr nüvə silahı daşıya bilir və bu səbəbdən aviabazada xüsusi tikinti işləri aparılır.

“ABŞ HHQ məxsus bombardmançı təyyarələrin Avstraliyada yerləşdirilməsi bizim rəqiblərimizə təhlükəli aviasiyanı genişləndirmək imkanlarımız barədə ciddi siqnaldır”, – qeyd olunub.

Həmçinin, o da əlavə olunub ki, təyyarələrin yerləşdirilməsi üçün tikinti işləri 2026-cı ildə yekunlaşacaq və Tindal aviabazasının genişləndirilməsi 100 milyon dollara başa gələcək.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər