9 C
Baku
Thursday, December 12, 2024

ABŞ Avstraliyaya 6.35 mlrd. dollarlıq təyyarə satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Avstraliyaya 6.35 milyard dollarlıq “C-130J-30” hərbi-nəqliyyat təyyarələri və müxtəlif avadanlıqların mümkün satışını təsdiqləyib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq üzrə Agentliyindən bildirilib.

“Bu ölkənin hakimiyyət orqanları daha əvvəl ABŞ-dan 24 belə təyyarə, eləcə də ehtiyat hissələri və digər sistemləri satmağı xahiş etmişdi.

Sözügedən satış ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq. Avstraliya Qərbi Sakit Okeandakı ən mühüm müttəfiqlərimizdən biridir”, – deyə açıqlamada bildirilir.

ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə rəsmi məlumat verib. İndi qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək üçün 30 günü var.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər