ABŞ avtomobillərinin ölkəmizdə rəsmi dilleri bankı məhkəməyə verib

0

Azərbaycanda ABŞ istehsalı olan avtomobillərin rəsmi dilleri olan “Performance Center CO” MMC bankı məhkəməyə verib.

Banker.az-ın əldə etdiyi məlumata görə, şirkət “Unibank KB” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Şirkətin leyihinə qərar verilməsini xahiş edib. Şirkət məhkəməyə iyun ayının 18-i müraciət edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Unibank” bu qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Məlumata görə, məsələyə bu gün, yəni, 18 iyul 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, “Performance Center” şirkəti 1997-ci ildə ABŞ istehsalı olan “Chevrolet” və “Cadillac” avtomobillərinin Azərbaycandakı rəsmi dileri kimi fəaliyyətə başlayıb.

2004-cü ildən etibarən “GM AVTOVAZ” şirkəti ilə bağlanmış diler müqaviləsinə əsasən Rusiya istehsalı olan “Chevrolet Niva” avtomobillərini təqdim edir.