-3 C
Baku
Sunday, December 15, 2024

ABŞ avtomobillərdə Çinin proqramının istifadəsini qadağan etmək niyyətindədir

ABŞ Ticarət Nazirliyi milli təhlükəsizlik baxımından Amerika yollarında internetə qoşulan avtomobillərdə Çinin proqram və avadanlıqlarının istifadəsini qadağan etmək niyyətində olduğunu açıqlayıb.

Bu barədə qurumun yazılı bəyanatında deyilir.

Qeyd olunur ki, fevralda Ağ Ev araşdırma aparılmasına dair göstəriş verib, araşdırmalardan sonra isə səlahiyyətlilər Çinin avtomobil sistemində quraşdırılmış proqram təminatından istifadə edərək amerikalı sürücülər və infrastruktur haqqında məlumatların toplanması, həmçinin avtomobil və naviqasiya sisteminin potensial manipulyasiyası ilə bağlı narahatlığını bildiriblər.

Bu qərar demək olar bütün Çin avtomobillərinin ABŞ bazarına daxil olmasını qadağan edəcək, həmçinin Çin avtomobil istehsalçılarının Birləşmiş Ştatların yollarında pilotsuz avtomobilləri sınaqdan keçirməsinə mane olacaq.

Məlumata görə, təklif 2027-ci ildən proqram təminatına qadağa qoyulmasını nəzərdə tutur, texniki təchizata yasaq isə 2029-cu ilin yanvarından qüvvəyə minəcək. Qərar gələn il yanvarın 20-dək yekun təsdiqini tapacaq.

Xatırladaq ki, sentyabrın əvvəlində rəsmi Vaşinqton Çinin elektrik avtomobillərinə, onlar üçün akkumulyatorlara yüksək gömrük rüsumları tətbiq edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər