12 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

ABŞ-Azərbaycan “Sertifikatlaşdırılmış Ticarət Missiyası” koronavirusa görə təxirə salındı

ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ-Gürcüstan İş Şurası (AGBC) koronavirusun (Covid 19) yayılmasını nəzərə alaraq Azərbaycan və Gürcüstanla birgə aprelin 5-10-da keçirilməsi planlaşdırılan “Sertifikatlaşdırılmış Ticarət Missiyası”nı təxirə salıb.

Bunu ABŞ-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir.

Məlumatda bildirilir ki, biz hadisələrin inkişafını yaxından izləyirik və korporativ iştirakçılarımızın və bölgədəki regional tərəfdaşlarımızın təhlükəsizliyinə əmin olduğumuzda tədbirin keçirilmə tarixini açıqlayacağıq. Qərar ABŞ-ın Azərbaycandakı və Gürcüstandakı səfirlikləri və ABŞ-ın Türkiyədəki Ticarət Xidməti ilə sıx məsləhətləşmələr nəticəsində qəbul edilib.

©Report

Son xəbərlər
Oxşar xəbərlər