10 C
Baku
Bazar, Dekabr 5, 2021

ABŞ Azərbaycana 500 min dollar ayırıb

ABŞ bölgədə sülhün və əməkdaşlığın inkişafı məqsədilə 2020-ci ilin payızında Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında yer alan intensiv atışma nəticəsində zərər çəkən ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 000 ABŞ dolları məbləğində yardım ayırıb.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Münaqişə zonasında mövcud olan mina və partlamamış sursatlar mülki əhali arasında ölüm və yaralanma hallarına səbəb olur, iqtisadi inkişafın qabağını alır və məcburi köçkünlərin qayıtmasına maneə törədir”, – diplomatik nümayəndəlikdən qeyd olunub.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X