14 C
Baku
Wednesday, April 24, 2024

ABŞ Azərbaycanın neft hasilatı üzrə proqnozunu artırıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-cü il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.

Gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 660 min barel təşkil edəcəyi ehtimal edilir.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 650 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoz (dekabr ayında verilib – red.) göstəricisi ilə müqayisədə 10 min barel çoxdur.

Hesabatda qeyd olunur ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub, bu da öncəki proqnoz göstəricisinə bərabərdir.

Xatırladaq ki, 2021-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub. 2020-ci və 2019-cu illərdə sözügedən göstərici müvafiq olaraq 700 min barel və 780 min barel səviyyəsində olub.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər