-1 C
Baku
Sunday, December 15, 2024

ABŞ Azərbaycan və Ermənistana çağırış etdi

ABŞ hökuməti rəsmi Bakı və Yerevana Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırır.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün tvitter səhifəsində yazıb.

 

“Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük, vəziyyəti gərginləşdirmək üçün təmkinli olmağa çağırırıq”-deyə, N.Prays bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər