1 C
Baku
Saturday, December 14, 2024

ABŞ Azərbaycanda gələn il üçün neft hasilatı üzrə proqnozunu açıqlayıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-cü il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu endirib.

EIA-nın aylıq hesabatına əsasən, gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 600 min barel təşkil edəcəyi ehtimal edilir, ba da öncəki proqnoz göstəricidən 20 min barel azdır.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel təşkil edəcək (proqnoz dətişməyib).

Hesabata əsasən, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub. 2021-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub.

Xatırladaq ki, 2019 və 2020-ci illərdə sözügedən göstərici müvafiq olaraq 780 min və 700 min barel səviyyəsində olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər