7 C
Baku
Tuesday, January 13, 2026

ABŞ Azərbaycanda neft hasilatı üzrə 2027-ci il üçün proqnozunu açıqlayıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2027-cı il üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb

EIA-nın aylıq hesabatına əsasən, 2027-ci ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 540 min barel səviyyəsində olacaq.

Hesabata əsasən, Azərbaycanda qeyd oluna göstərici 2025-ci ildə 570 min barel təşkil edib (proqnoza uyğun).

EIA-nın ehtimalına görə, 2026-cı ildə ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 540 min barel təşkil edəcək (proqnoz dəyişməyib).

Hesabata əsasən, 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 600 min barel olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər