18 C
Baku
Sunday, September 8, 2024

ABŞ bəzi Çin rəsmilərinə qarşı viza məhdudiyyəti tətbiq edib

ABŞ dini və etnik azlıqlara qarşı təzyiqlərdə iştirak edən bəzi Çin rəsmilərinə qarşı viza məhdudiyyəti tətbiq edib.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd edilir ki, guya Çin Xalq Respublikası insan hüquqlarına hörmət və müdafiə sahəsində öz öhdəliklərini yerinə yetirmir ki, bu da Sincan-Uyğur Muxtar Bölgəsində insan hüquqlarının pozulması və soyqırım, Honkonqda fundamental azadlıqların aşınması, Tibet Muxtar Bölgəsində insan hüquqlarının pozulması və bütün dünyada repressiyalarda öz əksini tapır.

Vaşinqton iddia edir ki, ÇXR hakimiyyəti Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş prinsiplərə əməl etməli, əsassız və qeyri-qanuni həbs edilmiş Çin vətəndaşlarını ilkin şərt olmadan azad etməlidir.

Son xəbərlər
Digər xəbərlər