25 C
Baku
Saturday, July 13, 2024

ABŞ ballistik raketi sınaqdan keçirəcək

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib ki, ABŞ Rusiya Federasiyasına sentyabrın 6-da səhər saatlarında Minuteman III ballistik raketinin sınağının keçirəcəyi ilə bağlı xəbərdarlıq edib.

Raketin Vanderberq kosmodromundan buraxılması sentyabrın 5-i saat 23:47-dən sentyabrın 6-sı saat 5:47-dək (Bakı vaxtı ilə 10:47-dən 6 sentyabr 16:17-dək – Qeyd) ​​müddətə planlaşdırılır.

Patrik Rayder vurğulayıb ki, raketin sınaq buraxılışında məqsəd ABŞ nüvə qüvvələrinin hazır olduğunu nümayiş etdirməkdir: “Bu sınaq adidir, planlaşdırılıb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər