4 C
Baku
Friday, March 29, 2024

ABŞ bank sektorundakı məhdudiyyətləri yumşaldır

ABŞ hakimiyyəti 2008-ci ilin maliyyə böhranından sonra bank əməliyyatları üzərindəki nəzarəti sərtləşdirmək, habelə “hedge” fondlarını cəlb etmək məqsədilə qəbul edilən “Volker qaydası” nı sadələşdirməyə razı olub.

Banker.az xəbər verir ki, Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) 20 avqust çərşənbə axşamı günü “Volker qaydasının sadələşdirilməsi və uyğunlaşdırılması” nı təsdiqləndiyini elan etmişdir.

Federal Ehtiyat Sisteminin keçmiş rəhbəri Paul Volcker-in şərəfinə adlandırılan bu məhdudiyyətlər, 2013-cü ildə təsdiqlənmiş və 2015-ci ildə qüvvəyə minmişdir. “Volker qaydası” bankların “hedge” fondlarını əldə etmək və onlarla əməliyyatların aparılması baxımından imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

“Volker qaydası” na dəfələrlə düzəlişlər edilib, banklar və digər maliyyə təşkilatları yeni norma və qaydalarının sadələşdirilməsi uğrunda mübarizə aparıblar.

Tənzimləyicilər bankların “hedge” fondlara sərmayə qoymaq baxımından məhdudiyyətlərini bir qədər yumşaldıblar. Həmçinin bank təşkilatlarının ticarət fəaliyyəti ilə bağlı tənzimləyici orqanlara və müvafiq qurumlara məlumat verilməsi proseduruna qarşı olan tələblər bir qədər sadələşdirilmişdir.

Sadələşdirilmiş “Volker qaydası” 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər