9 C
Baku
Thursday, December 12, 2024

ABŞ bank sektorunun mənfəəti dördüncü rübdə 45% azalıb

“Financial Times”ın istinad etdiyi araşdırma təşkilatı “BankRegData”nın məlumatına görə, 2023-cü ilin dördüncü rübündə ABŞ-nin bank sektorunda ümumi mənfəət illik müqayisədə təxminən 45% azalaraq 38 milyard dollar təşkil edib. Bu, 2020-ci ildən bəri ümumi rüblük mənfəətdə ən böyük azalmadır.

Tədqiqatçılar bunu onunla izah edirlər ki, ilin son rübündə banklar ilin əvvəlində ABŞ-nin regional banklarının böhranı ilə bağlı xərclərin birdəfəlik silinməsini həyata keçiriblər. ABŞ-nin ən böyük banklarının depozitlər üçün dövlət xərcləri 16 milyard dollar olub. Həmçinin son rübdə banklar problemli kreditlərin xərclərini ödəmək üçün cəmi 5 milyard dollar, qiymətli kağızlarla əməliyyatlar nəticəsində yaranan zərərləri ödəmək üçün isə 4 milyard dollar ayırıblar.

İşdən çıxarılan işçilərin kompensasiyası ilə bağlı xərclər də artıb. 2023-cü ilin sonunda ABŞ-də tam ştatlı bank işçilərinin sayı 45 min nəfər azalıb.Təkcə “Wells Fargo” bankının dördüncü rübdə məcburi və gözlənilməz işçi ixtisarı xərcləri təxminən 1 milyard dollar təşkil edib. Mütəxəssislər qeyd edirlər ki, yuxarıda sadalanan amillərdən əlavə, ilin sonunda bankların mənfəətinin azalması inflyasiya ilə mübarizə məqsədilə baza faiz dərəcəsinin artırılmasını dayandıran Federal Ehtiyat Sisteminin (FED) siyasətində dəyişikliklə əlaqəli olub.

Son xəbərlər
Digər xəbərlər