17 C
Baku
Monday, May 6, 2024

ABŞ bank sistemi

ABŞ-ın hazırkı bank sistemi digər inkişaf etmiş ölkələrdəki analoji funksiyalı strukturlardan əhəmiyyətli dərəcədə fərqlənir. ABŞ bank sisteminin əsas fərqləndirici cəhəti çoxlu sayda bankların mövcud olması ilə bağlıdır. 20-ci əsrdə ABŞ-da fəaliyyət göstərən  bankların sayı 15000-ə qədər aşağı düşmüşdür, halbuki 1931-ci ilə qədər 31000-dən çox bank təşkilatı işləyirdi.

ABŞ bank sisteminin əsasını ölkənin mərkəzi bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi təşkil edir. Onun tərkibinə ştatların iqtisadi aktivlik səviyyəsindən asılı olaraq ölkənin hər yerində bərabər olaraq yerləşmiş 12 Federal ehtiyat bankı daxildir. Bu 12 bank xüsusi mülkiyyət olsa da, dövlət əli ilə idarə olunur və ölkə mərkəzi bankının maliyyə siyasətini həyata keçirən orqanlar hesab olunurlar. Federal ehtiyat bankları öz fəaliyyətlərini mənfəətin əldə olunması üzərində deyil, bütünlükdə ölkə iqtisadiyyatının vəziyyətinin yaxşılaşdırılması məqsədilə FES idarəçilərinin (onlardan bir çoxu ABŞ prezidenti tərəfindən təyin olunur) siyasəti  üzərində qururlar.

Bundan əlavə, ABŞ-ın bank sistemində kommersiya və investisiya banklarının daha üstün mövqedə olduğu maliyyə institutları böyük sürətlə inkişaf edir.

Ştatların bank sistemində ABŞ-ın kommersiya banklarının sayı daha çoxdur. Bu banklar öz əsas təyinatına görə depozit xarakterlidirlər, daha doğrusu onların əsas maliyyə mənbələri kimi müddətli və ya tələb olunanadək depozit əmanətləri çıxış edir. Kommersiya banklarının funksiyalarına qısamüddətli maliyyə ticarəti, ödəniş dövriyyəsinin dəstəklənməsi (həmçinin, çek və kredit kartları vasitəsilə), eləcə də, əmlakın idarə olunması ilə bağlı xidmətlər daxildir. Bundan əlavə, bu banklar müştərilərinin tapşırığı ilə onların hesabına qiymətli kağızlarla müqavilələr də  bağlayır.

Ştatların bank sistemində ABŞ investisiya bankları əsas etibarilə qiymətli kağızların ticarəti ilə məşğul olur və səmərəli kapital qoyuluşları, eləcə də müxtəlif sektordan olan şirkətlərin birləşməsi ilə bağlı məsələlər üzrə konsultant qismində çıxış edir. Dəqiq şəkildə desək, onda ABŞ-da fəaliyyət göstərən investisiya banklarını bank təşkilatları adlandırmaq olmaz. Onlar ənənəvi bank əməliyyatlarını həyata keçirmir – əmanət qəbul etmir və kredit vermirlər. İnvestisiya banklarının fəaliyyəti birbaşa olaraq qiymətli kağızlar bazarı ilə bağlıdır. Bazarın inkişafı nəticəsində onların gəlirləri artır, böhran zamanı isə hətta 150 illik tarixi olan ən iri banklar belə müflisləşə bilirlər.

ABŞ-ın bank sisteminin kommersiya və investisiya banklarına bölünməsi 1929-33-cü illərdə bank sistemində baş vermiş kütləvi iflas nəticəsində baş verdi. O vaxtdan etibarən, qanuna görə yalnız investisiya bankları qiymətli kağızlarla ciddi olaraq əməliyyat apara bilər. Bunun nəticəsində universal xidmətlər göstərən bankların maraqlarında münaqişəyə gətirib çıxaran əsas təzadlardan biri aradan qaldırıldı. Bu cür banklar eyni bir borcalan üçün həm kreditor, həm də investor kimi çıxış edə bilirlər. Belə bir fikir mövcuddur ki, ABŞ-ın fond bazarının belə uğurlar qazanmasının əsas səbəbi bank səlahiyyətlərinin bölgüsü ilə bağlıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər