6 C
Baku
Monday, February 23, 2026

ABŞ bankları $300 mlrd. rekord mənfəət əldə edib

ABŞ bankları 2025-ci ildə rekord 295,6 milyard dollar mənfəət əldə edib, bu əvvəlki ilin göstəricisindən 10% yüksəkdir və 2021-ci ilin 279 milyard dollarlıq rekordunu geridə qoyub.

Banker.az Financial Times-ə istinadən xəbər verir ki, çənfəət əsasən əmanətçilərə ödənilən faizlərin azalması (2,36%-dən 2,04%-ə), kreditləşmənin artması və aşağı kredit itkiləri sayəsində mümkün olub.

Bankların xalis faiz marjası 2,92%-dən 2,99%-ə yüksəlib, kredit portfeli isə 13,5 trilyon dollara çatıb, vaxtı keçmiş kreditlərin payı 1,6%-dən 1,56%-ə enib. Federal Ehtiyat Sisteminin faizləri artırmasına baxmayaraq, istehlakçılar və kommersiya daşınmaz əmlakı gözlənildiyindən daha dayanıqlı qalıb.

KBW bank indeksi 2025-ci ildə 30% artıb, böyük bankları JPMorgan, Bank of America və Citi dəstəkləyib. Lakin son həftələrdə bank səhmləri bazar enişi və süni intellektin biznes modellərinə təsiri ilə ucuzlaşıb. Analitiklər investorların bu il daha ehtiyatlı olduğunu və əvvəlki kimi yüksək qazancın çətin olacağını bildirirlər.

Bu müddət ABŞ bank sektorunda Tramp administrasiyası dövrünün əlverişli şəraitini və rəhbərlərin gəlirlərinin artımını əks etdirir.

Son xəbərlər
Digər xəbərlər