6 C
Baku
Thursday, December 5, 2024

ABŞ bazarında neftin qiyməti mənfiyə düşdü

Amerikanın neft bazarında qiymətləri mənfiyə düşüb, buna görə bəzi istehsalçılar anbarların bolaşdılması üçün əlavə ödəniş etmək məcburiyyəti qarşısındadır.

Banker.az xəbər verir ki, bu haqda “Bloomberg” məlumat verib.
Belə ki, Wyoming Asphalt Sour markalı neftin qiyməti bir barel üçün 19 sentə düşüb.

Nəşrin məlumatına görə, iqtisadi böhran səbəbindən neft məhsullarına tələbat azalmaqdadır. Nəticədə, emal zavodları emalın həcmini azaldırlar və nefti tankerlər vasitəsilə nəql edə bilməyən satıcılar xammalın qiymətini kəskin şəkildə azaltmalı olurlar.

Xatırladaq ki, daha cümə günü Brent markalı neftin qiyməti 24,71 dollar, WTI markalı neftin qiyməti isə 21,64 dollar səviyyəsinə düşüb.

Son xəbərlər
Digər xəbərlər