22 C
Baku
Cümə axşamı, May 26, 2022

ABŞ Belarusa qarşı sanksiyalar tətbiq edib

ABŞ-ın dövlət katibi Entoni Blinken bəyan edib ki, Vaşinqton “xaricdə dissidentlərin təqibində iştirak edən Belarus hakimiyyətinin “çoxsaylı” nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib.

Banker.az xəbər verir ki, Blinkenin əlavə etdiyi kimi, bu gün bəzi Belarus vətəndaşlarına qarşı “ciddi ekstraterritorial fəaliyyətlə” iştirak etdiklərinə görə tədbir görülür. Dövlət Departamenti “belə məlumatların məxfiliyi”ni əsas götürərək Vaşinqtonun viza sanksiyalarına məruz qalan Belarus nümayəndələrinin adlarını çəkməkdən imtina edib.

Onun bəyanatına əsasən, Pekin Olimpiadasının başlaması ilə eyni vaxta təsadüf edən sanksiyalar idmançılara qarşı təqiblərə görə məsuliyyət tədbiri kimi tətbiq edilir.

Sanksiya mexanizmi “Washington Post”un jurnalisti Camal Haşukcinin xatirəsinə adlandırılıb. O, 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki konsulluğunda öldürülüb.

Son xəbərlər
Oxşar xəbərlər